Back to top

Bu sayt Harun Yəhya əsərləri əsasında hazırlanıb


  • Möminlərin Allah rizasi üçün göstərdikləri səmimi cəhd


Allah, Onun rizasını arayan şəxsləri (bu Kitabla) əmin-amanlıq yollarına yönəldir, onları Öz izni ilə zülmətlərdən nura çıxarır və düz yola yönəldir.
(Maidə surəsi, 16)


Müsəlmanlarla digər insanlar arasındakı fərq nədən ibarətdir? Bu suala Müsəlman olmayan insanlar fərqli cavablar verə bilərlər. Onlar Müsəlmanlarla aralarında yalnız mədəni və əxlaqi bəzi fərqlərin olduqlarını deyə bilərlər. Müsəlmanların “dünyagörüşü”nün fərqli olduğunu, onların bəzi dəyərlərə inandıqlarını, özlərinin isə bu dəyərləri qəbul etmədiklərini irəli sürə bilərlər. Müsəlmanların özlərindən “ideoloji fərqlər”ə sahib olduqlarını söyləyə bilərlər.

Əslində bu dedikləri yalnız “gözlə görünən” xüsusiyyətləri daşıyan bəzi fərqlərdir. Həqiqətdə isə onlar Müsəlmanlarla aralarındakı fərqin tamamilə başqa bir şəkildə olduğunu anlamırlar. (bu fərqi dərk etmədikləri üçün Müsəlman deyillər)

Müsəlmanları digər insanlardan fərqləndirən əsas xüsusiyyətdən bəhs etməzdən əvvəl bir məqamı qeyd etməkdə fayda var: “Müsəlman” dedikdə şəxsiyyət vəsiqəsində “Müsəlmandır” ifadəsi  yazılan insanı nəzərdə tutmuruq. Müsəlman Allah’ın dininə qəlbən bağlı olanlara verilən addır. Quranda bəhs edilən Müsəlmanları digər insanlardan fərqləndirən əsas cəhət, bu insanların Allah’ın sonsuz qüdrətini dərk etmələridir. Quranda bu həqiqət belə bildirilir:

De: “Sizə göydən və yer­­dən ruzi verən kimdir? Qulaqlara və gözlərə hakim olan kimdir? Ölüdən diri çıxaran, diridən də ölü çıxaran kimdir? İşləri yoluna qoyan kimdir?” Onlar deyəcəklər: “Allah!” De: “Bəs (belə olduğu halda) (Allahdan) qorxmursunuz? O sizin Haqq Rəbbiniz olan Allahdır. Haqdan sonra zəlalətdən başqa nə ola bilər? Siz necə də (haqdan) döndərilirsiniz!”
(Yunus surəsi, 31-32)


Ayədə sual verilən insan Allah’ın  varlığını təsdiqləyən və Onun isimlərini qəbul edən, lakin bütün bunlara baxmayaraq “Allahdan qorxub çəkinməyən” və Allahdan üz çevirən biridir. (Şeytan da Allah’ın  varlığını danmaz)



Allah’ın böyüklüyünü qavramaq  Onu yalnız sözdə təsdiqləməkdən ibarət deyil. Müsəlmanlar Allah’ın varlığını və böyüklüyünü dərk edən, Ondan “qorxub çəkinən” və həyatlarını fərqində olduqları bu böyük həqiqətə görə yaşayan insanlardır. Digərləri isə ya Allah’ı inkar edənlər, ya da Allah’ın varlığını yuxarıdakı ayədə bəhs edilən kimi təsdiq edib, lakin “qorxub çəkinməyənlər”dir.

Belə xüsusiyyətə sahib insanlar onları yaradan Allah’ı dərk etmədən yaşayırlar. Bunlar həyatlarının kim tərəfindən, necə və niyə başladıldığını düşünmək belə istəmirlər. Öz zehinlərində Allah’a və Onun dinində yeri olmayan fərqli həyat qurmağa çalışırlar. Quranda isə belə bir həyatın boş və çürük olduğu, hətta məhv olmağa məhkum olduğu bir bənzətmə ilə izah edilir:

“Binasını Allah qorxusu və (Onun) rizası üzərində quran kəs daha yaxşıdır, yoxsa binasını dağılmaqda olan uçurumun lap kənarında quran və onunla birlikdə Cəhənnəm oduna yuvarlanan kəs? Allah zalım qövmü doğru yola yönəltməz.”
(Tövbə surəsi, 109)


Ayədə də bildirildiyi kimi, Quranda açıq-aydın təsvir olunan imana sahib olmayan insanların həyatdakı tək məqsədləri “bu dünyada” xoşbəxtliyi və rahatlığı əldə etməkdir. Bu insanların çoxu qarşılarına “varlanmaq” kimi məqsəd qoya bilərlər. Bu məqsədlərinə nail olmaq üçün əllərindən gələni edəcək, bütün fiziki və zehni güclərini zəngin olmaq üçün sərf edəcəklər. Digər bir qrup isə həyatını “hörmətli və məşhur olmaq” üçün yaşayır. Bunu əldə etmək üçün də əlindən gələni əsirgəmir. Məsələn, məşhur yazıçı olub “hörmətli” bir insana çevrilmək üçün əlindəki bütün imkanları istifadə edir, bütün çətinliklərə tab gətirir. Ancaq bunların hamısı ölümlə bərabər yox olacaq boş hədəflərdən başqa bir şey deyil. Hətta bunların bir çoxu hələ həyatda olarkən də itirilə bilər.

Ancaq mömin Allah’ın varlığını və gücünü dərk edir. Allah’ın onu niyə yaratdığını və ondan nələr istədiyini bilir. Beləliklə, digər insanlar üçün yox olmadan başqa bir şey olmayan, ölümün də sirrini anlayır: Ölüm bir son deyil, əsl həyata keçid mərhələsidir.  

Müsəlman olmayanlar isə həyatlarının təsadüf nəticəsində və öz-özünə yarandığını düşündükləri kimi, həyatlarına son qoyan ölümün də “öz-özünə” yaranan bir “qəza” olduğunu düşünürlər. Halbuki, həyatı da, ölümü də yaradan Allah’dır. Bir təsadüf və ya qəza olmayan ölümü Allah xüsusi olaraq yaradır. Ölüm, zamanı və yeri əvvəlcədən təyin olunmuş bir hadisədir.

Beləliklə, mömin Allah’ın hər şeyə hakim olduğunu bilən və ölümün də bir son deyil, əsl həyata (axirətə) keçid mərhələsi olduğunu qavrayan bir insandır. Bu həqiqətləri fərq edərkən də əlbəttə digərləri kimi həyatlarını “yıxılmaqda olan bir uçurumun kənarında” qurmazlar. Həyatın, ölümün və ölüm sonrası axirət dünyasının əsl sahibinin kim olduğunu və kim tərəfindən yaradıldığını bildikləri üçün Allah’a üz tutarlar. Pulu, vəzifəni, şan-şöhrəti və fiziki gözəlliyi Allah’ın yaratdığını bilərlər. Bunlar ancaq Allah’ın qoyduğu qanunlar əsasında qısa müddətə mövcud olacaq “səbəb” lərdir.

Allah’ın yaratdığı bu sistemin açarı isə Allah rizasıdır. Çünki Allah sadəcə rizasına uyanları doğru yola yönəldəcək. Bu sirri xəbər verən ayədə belə buyurulur:

“Allah, Onun rizasını arayan şəxsləri (bu Kitabla) əmin-amanlıq yollarına yönəldir, onları Öz izni ilə zülmətlərdən nura çıxarır və düz yola yönəldir.”
(Maidə surəsi, 16)


Müsəlman Allah’ın rizasını axtardığı üçün Müsəlmandır. İman gətirən bir insanı digər insanlardan ayıran ən vacib fərq bundadır. Müsəlmanlar dini Allah’ın rizasını qazanmaq üçün bir yol olaraq gördükləri halda, bir çox insanlar üçün din müəyyən inancları özündə əks etdirən qanunlar toplusundan ibarətdir və həyatlarında əhəmiyyətli yeri yoxdur.

Belə ki, əsl Müsəlmanla Müsəlmanı yamsılayan ikiüzlülər (münafiqlər) arasındakı fərq də burada açıq aşkar görünür. Müsəlmanlar dini Allahın rizasını qazanmaq üçün fürsət olaraq qəbul etdikləri halda, münafiqlər bunu öz mənafelərini və istəklərini tətmin etmək üçün bir yol olaraq görürlər. [Möminlər, həqiqətən də, nicat tapmışlar; o kəslər ki, namazlarında mütidirlər (Muminun Surəsi, 1-2)] Müsəlmanlar namazı “huşu” (Allah`a hörmətlə yanaşaraq və Ondan qorxaraq) içində qılarkən (Muminun Surəsi, 1-2) münafiqlərin bunu insanlara göstəriş etmək üçün (Onlar riyakardırlar  (Maun Surəsi, 6)) yerinə yetirmələri də bundan irəli gəlir. Eyni zamanda münafiqlər Allah yolunda xərclədiklərini (infak) də əslində Allah rizası üçün deyil, göstəriş naminə edirlər:

Ey iman gətirənlər! Sədəqələrinizi, özünü camaata göstərmək məqsədilə xərcləyən, Allaha və Axirət gününə inanmayan şəxs kimi minnət qoymaqla və əziyyət verməklə puç etməyin. Bunun məsəli üzərində torpaq olan hamar qayanın məsəlinə bənzəyir ki, şiddətli yağış yağıb onu çılpaq hala salmışdır. Onlar qazandıqlarından heç bir şeyə nail olmazlar. Allah kafir xalqı doğru yola yönəltməz.
(Bəqərə surəsi, 264)


Bir çox insan həyatının əsas məqsədi olan dünya nemətlərini əldə etmək üçün çox böyük səy göstərir. Zəngin olmaq üçün, vəzifə əldə etmək üçün var gücü ilə çalışır. Çox qısa zaman ərzində itirəcəyi bütün bu “az bir dəyər” (Tövbə Surəsi, 9) üçün yarışa girir.
Onlardan daha böyük qarşılığı, Allahın rizasını və cənnəti hədəfləyən möminlər də bu məqsədləri üçün var gücləri ilə çalışırlar. Allah Quranda möminin bu xüsusiyyətini belə bildirmişdir:

Kim gəldi-gedər dünyanı istəsə, orada ona – dilədiyimiz kimsəyə istədiyimiz şeyləri dərhal verərik. Sonra isə onu qınanmış və (Allahın rəhmətindən) qovulmuş halda girəcəyi Cəhənnəmə atarıq. Kim də Axirəti istəsə, mömin olaraq bütün qəlbi ilə ona can atsa, onların səyi məmnuniyyətlə qəbul olunar.
(İsra surəsi, 18-19)


Mömin Allah rizası və axirət üçün “ciddi səy göstərərək” çalışar. Malını və canını Allah üçün “satmışdır”. Rəbbimiz Quranda möminlərin bu xüsusiyyətlərini də belə bildirmişdir:

Doğrudan da, Allah möminlərdən, Cənnət müqabilində onların canlarını və mallarını satın almışdır. (Çünki) onlar Allah yolunda vuruşub öldürür və öldürülürlər. (Bu, Allahın) Tövratda, İncildə və Quranda Öz öhdəsinə götürdüyü bir vəddir. Allahdan daha yaxşı əhdini yerinə yetirən kimdir? Elə isə sövdələşdiyiniz alış-verişə görə sevinin. Məhz bu, böyük uğurdur.
(Tovbə Surəsi, 111)


Allah`a “malını və canını satmış” bir insan Allah rizası üçün qarşılaşacağı heç bir çətinlikdən təsirlənməz. Allah rizasını qazanmaqdan başqa heç bir məqsədi yoxdur. Bədəni və sahib olduğu mallar “onun” olmadığı üçün bunlar barədə öz nəfsinə uymaz. Bədəninin və sahib olduğu hər şeyin sahibi Allah`dır, bütün bunları onun istədiyi kimi istifadə edəcəkdir.

Eyni zamanda göstərdiyi səydə ciddi olub-olmadığı da sınanacaqdır. Allah yolunda heç bir şeydən çəkinməməlidir. Çünki münafiqlər də əgər özlərinə “yaxın bir mənfəət” görərlərsə, görünüşdə Allah rizasına uyğun bir işə - Allahın rizasını deyil, bu yaxın mənfəəti əldə etmək üçün – can atarlar.

Əgər səfəriniz gəlir gətirən və yüngül bir yürüş olsaydı, onlar mütləq sənin ardınca gedərdilər. Lakin əziyyətli yol onlara çətin gəldi. Onlar: “Əgər taqətimiz olsaydı, biz də sizinlə bərabər çıxardıq!”(– deyə) Allaha and içəcəklər. Onlar özlərini həlak edirlər. Çünki Allah onların yalançı olduqlarını bilir.
(Tovbə surəsi, 42)


Dolayısilə, mömin olmağın meyarı Allah rizasını qazanmağı ürəkdən istəmək və lazım gələrsə bu yolda fədakarlıq göstərməkdən çəkinməməkdir.  Möminlər “Axirət yurdunu sadiq ürəklə anan ixlas sahibləridir”. (Sad surəsi, 46) Mömin Allahın rizasını qazanmaqdan başqa bir mənfəət güdməz. Allahın rizasını, rəhmətini və cənnətini qazanacağını ümid edər. Çünki “Həm kişilərdən, həm də qadınlardan mömin olaraq yaxşı işlər görənlər Cənnətə girərlər və onlara xurma çərdəyinin qırıntısı qədər haqsızlıq edilməz.” (Nisa surəsi,124)



Gördüyümüz kimi, Allahın Quranda bildirdiyi mömin modeli çox açıq və aydındır. Allaha və axirətə “qətiyyətlə” (Loğman Surəsi, 4) iman gətirib, sonra da Allah yolunda  “ciddi səy” göstərənlərin yurdu cənnətdir. Allaha ancaq “şübhə ilə ibadət edib”, Allahın rizasının yanında öz bəsit dünyəvi mənfəətlərini qorumağa çalışanların vəziyyətini isə Rəbbimiz Quranda belə bildirmişdir:

İnsanlardan eləsi də vardır ki, Allaha şübhə ilə ibadət edir. Əgər ona bir xeyir çatsa, onunla rahatlıq tapar. Yox, əgər başına bir iş gəlsə, üz döndərib (küfrə) qayıdar. O (şəxs) dünyanı da itirər, axirəti də. Gerçək zərər də elə budur. \
(Həcc Surəsi, 11)


Möminin əsas hədəfi axirətdir. Allah möminə axirətdə sonsuz gözəl həyat vədd etmişdir. Rəbbimiz mömin qullarına dünyada da gözəl həyat verəcəyini vədd etmiş, ancaq bu onun dünyada heç bir çətinlik və sıxıntı ilə qarşılaşmayacağı demək deyildir. Qarşılaşacağı çətinlik və əziyyətlər onun sınanması və yetkinləşməsi üçündür.

Möminin qarşılaşacağı çətinliklər, əslində kənardan çətinlik kimi görünən, ancaq tam bir təslimiyyətlə içinə girdiyimizdə, Allah`ın bütün çətinlikləri aradan qaldırdığı hadisələrdir. Məsələn, hz. İbrahimi iman gətirdiyi üçün oda atmaq istədiklərində əsl Müsəlman kimi qarşılıq vermiş, inancından və Allah`ın əmrlərindən əsla kənara çıxmayaraq oda atılmışdır. Oda atılmaq kənardan baxdığımız zaman bir insanın dünyada başına gələ biləcək ən böyük fiziki əziyyətdir. Lakin Allah`ın bu sınağını ən gözəl və ən təslimiyyətli şəkildə qarşılayan hz. İbrahim kənardan çox çətin görünən bu hadisədən Allah`ın köməyi ilə heç bir zərər çəkmədən xilas olmuşdur.

(İbrahim) dedi: “Elə isə Allahı qoyub sizə heç bir fayda və zərər verə bilməyən (bütlərəmi) tapınırsınız? Tfu sizə də, Allahdan başqa tapındıqlarınıza da! Doğurdandamı, siz dərk etmirsiniz?” Onlar dedilər: “Əgər ondan əvəz çıxmaq istəyirsinizsə, onu yandırın ki, tanrılarınıza kömək edəsiniz”. Biz: “Ey od! İbrahim üçün sərin və zərərsiz ol!” – dedik. Onlar İbrahimə qəsd etmək fikrinə düşdülər, lakin Biz onları daha şiddətli cəzaya məruz qoyduq.
(Ənbiya surəsi, 66-70)



Belə ki, Allah Onun rizası üçün sahib olduqları hər şeyi ortaya qoyanların, heç bir zərər çəkmədən, maddi və mənəvi qazanclarla geri döndüklərini ayələrində belə xəbər vermişdir:

(Bəzi) adamlar onlara: “Camaat sizə qarşı (ordu) toplayıbdır, onlardan qorxun!” – dedilər. Bu, onların imanını daha da artırdı və onlar: “Allah bizə yetər. O nə gözəl Qoruyandır!” – dedilər. Onlar özlərinə heç bir pislik toxunmadan, Allahın neməti və mərhəməti sayəsində geri döndülər və Allahın razılığına tabe oldular. Allah böyük lütf sahibidir. O şeytan sadəcə sizi öz dostları ilə qorxudur. Möminsinizsə, onlardan qorxmayın, Məndən qorxun! Küfrə can atanlar səni kədərləndirməsin. Çünki onlar Allaha heç bir zərər yetirə bilməzlər. Allah istəyir ki, onlara axirətdə heç bir şey nəsib etməsin. Onlar üçün böyük bir əzab vardır. Doğrudan da, imanı əldən verib küfrü alanlar Allaha heç bir zərər yetirə bilməzlər. Onları üzücü bir əzab gözləyir.
(Ali-İmran surəsi, 173-177)


Nəticədə, Allah`ın rizasını qazanmaq üçün yaşayan mömin üçün heç bir əziyyət, çətinlik və üzüntü yoxdur. Yalnız Allah`ın dünyada imtahan olaraq yaratdığı və möminin təvəkkül, səbir və təslimiyyətini sınadığı hadisələr var. Bunlar kənardan baxıldıqda əziyyət və çətinlik kimi görünən, içinə girildiyində isə Allah`ın böyük mərhəməti ilə qarşılaşan hadisələrdir.

Eyni zamanda Allah Quranda mömin qullarına qaldıra bilməyəcəyi yükü yükləməyəcəyini də bildirmişdir:

Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər...
(Bəqərə surəsi, 286)




Allah Ona layiq şəkildə qulluq edən mömin üçün nə dünyada, nə də axirətdə heç bir əzab diləməmişdir. Əksinə, hər iki həyatda da gözəllik onlarındır.

Müttəqilərə: “Allah nə nazil etmişdir?” – deyildikdə, onlar: “Xeyir (nazil etmişdir)!”– deyərlər. Bu dünyada xeyirli işlər görənlər üçün gözəl mükafat hazır­­lanmışdır. Axirət yurdu isə daha xeyirlidir. Müttəqilərin yurdu necə də gözəldir. Onlar (ağacları) altından çaylar axan Ədn bağlarına girəcəklər. Orada onların ürəklərinin istədikləri hər şey vardır. Allah müttəqiləri belə mükafatlandırır.
(Nəhl surəsi, 30-31)


Allah rizasını axtarmaqda zəiflik göstərən, Allah`a tam təslim olmayan, nəfsini daha üstün tutanların başına isə bu cür davranışlarına görə Allah`ın bir xəbərdarlığı kimi əzab, çətinlik və sıxıntı gəlir. Möminlər xəta etdiklərində, Allah`dan bir növ “şəfqət silləsi” şəklində onlara gələn bu xəbərdarlıqdan dərs alıb tövbə edər və səhvlərini düzəldərlər. Kafirlər isə dünyada yaşadıqları müddət ərzində Allah`ın onlara verdiyi çətinlik və əzabdan, bəlalardan ibrət almaz və axirətdəki böyük və sonsuz əzaba düçar olarlar.

Allah`ın “Həqiqətən də: “Rəbbimiz Allahdır!” – deyib sonra düz yol tutanlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər." (Əhqaf surəsi, 13) ayəsində bildirdiyi kimi, gözəl əxlaqlarında sabitlik göstərdikcə Allah bu insanlardan qorxunu, kədəri uzaq tutacaq, pis əməllərini örtüb bağışlayacaq və onlara etdikləri əməllərdən daha üstün olanı ilə qarşılıq verəcəkdir. Bu həqiqət başqa bir ayədə belə bildirilmişdir:

İman gətirərək yaxşı əməl işlədənlərin, əlbəttə ki, təqsirlərindən keçərik və onları etdikləri əməllərdən daha üstün olanı ilə mükafatlandırarıq.
(Ənkəbut surəsi, 7)