İnsanın həyatının hər anı, dediyi hər söz, düşündüyü hər şey, başına gələn hər hadisə, harada və nə vaxt öləcəyi o daha dünyaya gəlmədən əvvəl Allah qatında təyin edilmişdir. Hər bir insan həyatı boyu Allah’ın onun üçün seçdikləri ilə yaşayır. Möminlərə hüzur və rahatlıq verən də məhz budur: başlarına gələn hər şeyi uca Allah`ın təyin etdiyini və hər şeyin onlar üçün xeyirlə yaradıldığını bilirlər. Bu səbəbdən də möminlər başlarına gələn hər hadisədə hər zaman Allah`a sığınır, Ona yönəlir və Ondan kömək gözləyirlər. Uca Allah möminlərin bu güclü təslimiyyətlərini Quranda belə bildirmişdir:
Möminlər hər bir halda Allah`a təvəkkül etdikləri və Onun onlar yaratdığı hər şeydən razı olduqları üçün qarşılaşdıqları heç bir hadisədə qorxmaz və təlaşlanmazlar. Rəbbimizə olan təslimiyyətləri onları bütün qorxu və sıxıntılardan uzaq tutar, onları hər zaman xoşbəxt, gümrah və ümidli edər.
Möminlərin xoşbəxt və rahat yaşamaqlarına səbəb olan digər bir vacib məsələ isə qarşılaşdıqları və xoşagəlməz görünən hadisələrin həqiqətdə onlar üçün “xeyir” olduğunu bilmələridir. Din əxlaqını bilməyən bəzi insanlar qarşılaşdıqları çətinliklər qarşısında böyük sıxıntı və narahatlıq yaşayar, bunların yükü altında əzilərlər. Allah`a qarşı təslimiyyətli olmadıqları üçün bütün bunların onlar üçün xeyirlərə səbəb olacağını da düşünməzlər. Xoşagəlməz görünən bir hadisədə Allah`ın onlar üçün yaratdığı “yaxşılığı” və xeyiri görməzlər. Buna görə də pessimistliyə və ümidsizliyə düçar olarlar. Bu vəziyyət onların əzabını və sıxıntısını daha da artırar.
Möminlər isə nə olur olsun uca Allah`ın onlar üçün xeyir istədiyini heç vaxt unutmurlar. Buna görə onları incidəcək, yaxud sıxıntı verəcək heç bir şey olmadığını bilirlər. Çox çətin və xoşagəlməz bir vəziyyətlə qarşılaşdıqları zaman Allah`a yönəlir və yenə Onun köməyini istəyərək səbir edirlər. Möminlər üçün bu bir xeyirdir. Rahatlıq və bolluq zamanlarında, yenə də Allah`a yönəlir, şükür edərək Ona yaxınlaşmağa çalışırlar. Möminlərin qədərə olan bu bağlılıqları, Allah`a olan güclü təslimiyyətləri onları hər vəziyyətdə xoşbəxt və rahat olmağa sövq edir, onlara Allah rizasını qazandırır. Peyğəmbərimiz hz. Muhəmməd (s.a.v) də möminlərin bu gözəl əxlaqını tərifləyərək belə demişdir:
“Mömin insanın vəziyyəti necə də təəccüblüdür. Çünki hər işi onun üçün bir xeyirdir. Bu vəziyyət yalnız möminə xasdır, başqasına deyil: Ona razı qalacağı bir şey gəlsə şükür edər, bu isə xeyirdir; bir zərər toxunarsa səbir edər, bu da xeyirdir. (Kütüb-i Sitte, Muhtasarı Tercüme ve Şerhi, 2.cild, s. 208)