Mömin şirkdən, Allah`dan başqa xəyali ilahlardan mədət ummaqdan, onların razılığını axtarmaqdan təmizlənmişdir. O, yalnız Allah`a qulluq edər, Allah`ın rizasını axtarar. Möminin sevgisi bərraq, nurlu, qəlbdə fərahlıq yaradan bir sevgidir. Çünki möminin sevgisi yalnız Allah`a olan sevgidir. Qarşısındakı varlığı dünyada Allah`ın təcəllilərindən olduğu üçün sevər. Ona görə də sevdiyi bir insan və ya bir varlıq ölərsə, yaxud da sevdiyi bir əşya itərsə, əlindən alınarsa mömin əsla kədərlənməz və ya ayrılıq əzabı çəkməz. Çünki sevdiyi varlıqdakı maddi-mənəvi bütün gözəlliklərin, təcəllilərin əsl sahibi Allah`dır. Allah əbədi və əzəlidir. Hər şeydən vacib insana şah damarından daha yaxındır. Ancaq onu sınamaq üçün müvəqqəti olaraq bəzi təcəllilərini əlindən almışdır. İmanını və bu anlayışını davam etdirdiyi müddətcə Allah istər bu dünyada, istərsə də axirətdə sonsuza qədər ona daha çox gözəl isimləri ilə təcəlli edəcəkdir. Məhz bu sirri qavradığı və səmimi iman gətirdiyi üçün möminə kədər və əzab verəcək onu hisslərinə qapılmağa vadar edəcək heç bir vəziyyət ola bilməz. Bir ayədə iman gətirənlərin bu halı belə təsvir edilir:
Yalnız Allah`a inanıb sığınan, yalnız Ona qulluq edib, Ondan kömək diləyən möminlər nemət, izzət və şərəf içində bir həyat keçirərlər. Bunlar Quranda ifadə edildiyi kimi, “iman edənlər və qəlbləri Allah’ın zikri ilə rahatlıq tapanlardır”.
Qəlbi Allah`ın zikri ilə rahatlıq tapan mömin başqa heç bir şeyə möhtac olmaz. Ən böyük şərəfə qovuşmuşdur. Çox böyük çətinliklərlə qarşılaşacağı zaman “Mən dərd-qəmimi yalnız Allah’a açıb söyləyirəm” (Yusuf surəsi, 86) deyən hz. Yaqub kimi təmkinli olar. Möminlərin bu davranışı ayədə belə xəbər verilmişdir:
Möminlər yalnız Allah`a şükür edər, yalnız Ona minnət duyarlar. Onlara bir nemət verildiyində dərhal Allah`a yönələr, Ona şükür edər və bunun Allah`ın lütfü olduğunun fərqində olarlar. Bunun Quranda bir çox nümunələri var. Məsələn, bildiyimiz kimi, Allah hz. Məryəmi hz. Zəkəriyyaya həvalə etmişdi. Hz. Zəkəriyya hər dəfə mehraba girdiyi zaman hz. Məryəmin yanında ruzi görərdi. Hz. Məryəmdən bunun haradan olduğunu soruşduqda isə o, bunun Allah tərəfindən olduğunu deyirdi. Bunu xəbər verən ayə belədir:
Rəbbimiz şirkdən tamamilə təmizlənmiş qullarına dünyada da, axirətdə də böyük mükafat verəcəyi ilə müjdələmişdir. Dünyada ixlası əldə edən qullara Allah’ın müjdəsi belədir:
Bütün şirklərdən arınmış, dərin iman gətirən insanların axirətdəki vəziyyətləri isə Quranda belə bildirilir:
MÖMİNLƏR EQOİZM, EHTİRAS VƏ QISQANCLIQDAN TƏMİZLƏNMİŞDİR
Möminin şəxsiyyəti və əsaləti yalnız Allah`ın rizasını axtarmağından və dünyada yaxşılıq və xeyirlərdə yarışmağından irəli gəlir. Allah`ın razılığını qazanmaq üçün insanların mal və mülk əldə etmək üçün göstərdikləri səylər deyil, gördükləri işlərdə Onun rizasını nə qədər istədikləri vacibdir. Allah qatında məqbul olan:
Möminlərin rifahını artırmaq
Allah`ın rizasının ən çoxunu axtarmaq
Nəfsinin və həvəsinin pis arzularından imtina etmək
Şeytanın hiylə və vəsvəsələrinə aldanmamaq
İmanını və şüurunu artırmaq
Əxlaqını daha da gözəlləşdirmək uğrunda göstərilən səmimi cəhdlərdir. Belə olduqda, Allah`ın rizasının ən çoxunu axtaran möminlərin də əsilzadə və şəxsiyyətli xüsusiyyətləri görünüşlərində əks olunar. Hər şeydən xəbərdar olan Rəbbimiz bunu Quranda belə bildirmişdir:
Quranda bəhs edildiyi kimi, hz İbrahim də həm öz qövmünə, həm də özündən sonra gələn qövmlərə üstün əxlaqı ilə nümunə olmuşdur. Allah iman edənlər üçün Ona “təmizlənmiş bir qəlblə təslim olan” hz. İbrahimdə və onunla birlikdə olan möminlərdə bir çox gözəl nümunələr olduğunu göstərmişdir:
MÖMİNLƏR TƏKƏBBÜR HİSSİNİ TAMAMİLƏ ÖZLƏRİNDƏN UZAQLAŞDIRMIŞ, ŞEYTANIN EQOİZM HİSSİNDƏN TƏMİZLƏNMİŞLƏR
Allah hər bir insanı yaratmış və ona iki yol, iki məqsəd təqdim etmişdir. İnsan Allah`a ürəkdən boyun əyən bir qul olaraq həyatını sonsuz gözəllik yeri olan cənnət üçün çalışaraq keçirə bilər və ya həvəslərini üstün tutaraq Rəbbimizə qarşı təkəbbür göstərə bilər. Birinci halda Allah onun ağlını artırar, ikincisində isə ağlını əlindən alar. İblis kimi təkəbbür göstərən insanlar hər zaman ikinci yolu məqsəd olaraq seçirlər. Üstəlik hər dəfə xəbərdar edilərkən də təkəbbür göstərməyə davam edir və Allah`dan üz çevirirlər. Bu insanlar bir ayədə belə təsvir ediliblər:
Allah`a qarşı təkəbbür göstərən və Quran ayələrindən üz çevirən bu insanlar bu davranışlarının qarşılığını həm dünyada, həm də axirətdə alarlar. Bu hərəkətləri onlara heç bir xeyir verməz, əksinə onların əbədi cəhənnəmə sürüklənmələrinə səbəb olar:
Möminlər isə birinci yolu özlərinə məqsəd seçirlər. Allah`a qarşı hörmət dolu və itaətkardırlar, digər möminlərə qarşı isə olduqca təvazökardırlar. Çünki Allah`ın sonsuz gücü qarşısında öz kiçikliklərini və acizliklərini bilirlər. Eyni zamanda sahib olduqları var dövlət və xüsusiyyətləri keçici bir müddət üçün Allah`ın verdiyini anlayırlar. Bu imkanları digər insanlardan üstün olduqlarını göstərmək üçün istifadə etmirlər. Təvazökar insanlar həm öz əskikliklərini, fani olduqlarını, həm də digər insanların da onlar kimi aciz bir qul olduqlarının fərqindədirlər. Allah yanında üstünlüyün ancaq təqva ilə olduğunu da bilirlər. Buna görə də başqa heç bir şeylə üstün olmağa çalışmazlar.
Məhz bu insanlar Quranda bəhsi keçən “təmiz ağıl sahibləri”dir. Allah onlara “haqla nahaqqı ayırd etmə bacarığı” vermişdir (Ənfal surəsi, 29) və bu bacarıqla həyatlarının çox qısa olduğunu, axirət üçün cənnətə qovuşmaq üçün hazırlıq etməyin zəruri olduğunu dərk edirlər. Dolayısilə, nəfslərindəki təkəbbür arzusuna da qalib gəlmiş, şeytanın eqoizmindən təmizlənmişlər.
MÖMİNLƏR STRESS, PANİKA VƏ SIXINTIDAN TAMAMİLƏ UZAQDIRLAR
Həyəcan anlayışı Quran əxlaqından uzaq cəmiyyətlərdə bəzi hadisələr qarşısında yaşanan stress, panika, sıxıntı kimi hissləri ifadə edir. Bu həyəcan insana həzz deyil, əksinə sıxıntı, çətinlik verir. Müsəlmanların həyəcanı isə Allah`ın sənətinə qarşı duyduqları, onlara verilən nemətlər üçün hiss etdikləri, sonsuz cənnət həyatını arzulayaraq yaşadıqları sevinc hissidir.
Dini yaşamayan insanların bu sıxıntılı hissləri yaşamalarının əsas səbəblərindən biri isə “təvəkkülsüzlük”dür. Təvəkkül “Allah`ı vəkil qəbul etmək və yalnız Ona güvənib sığınmaqdır”dır. Cahil insanlar Allah`ın böyüklüyünü dərk edib təqdir etmədikləri üçün belə bir güvən və təslimiyyət yaşamazlar. Allah`ı vəkil tutmaq əvəzinə özlərinə heç bir şəkildə xeyir verməyəcək şeylərdən mədət umarlar. Məhz buna görə də qorxularından və cahil həyəcanlarından həyatları boyu əsla xilas ola bilməzlər.
Möminlər isə Allah`a olan təvəkkülləri sayəsində cahil topluluğun yaşadığı bu sıxıntılı hisslərdən tamamilə uzaqdırlar. Onlar Quranda bildirilən iman həyəcanını ən dərin şəkildə yaşayan kimsələrdir. Çünki gördükləri hər görüntünün bir hikmətlə yaradıldığını bilən və bu hikmətləri görə bilmək üçün üzərində dərin-dərin düşünən insanlardır.
Vicdanlarından ən gözəl şəkildə istifadə edərək düşündükləri üçün ən incə detallarda gizlənən hikmətləri belə asanlıqla görürlər. Buna görə də eyni hadisəyə qarşı cahil insanlardan daha çox həssaslıq göstərir, gözəlliklərdən daha böyük zövq alır və daha çox həyəcan hiss edirlər. İman edən insan gördükləri qarşısında şövq və həyəcan yaşayır, çünki, heç yoxdan yaradıldığını və belə rəngli, yüz minlərlə, milyonlarla yaradılış möcüzəsinin olduğu bir dünyaya gəldiyini bilir və bunun həyəcanını hiss edir. Hər baxdığı yerdə Allah`ın bənzərsiz sənətini görür, kainat, ulduzlar, göy üzü, günəş, ay, kəpənəklər, quşlar, milyonlarla heyvan, bitkilər, meyvələr...Mömin bütün bunlar qarşısında həyəcanlanır.
Nemətlərdən və gözəlliklərdən ən çox təsirlənən və ən çox həzz alanlar möminlərdir. Çünki onlar hər şeyi Allah`ın yaratdığını dərk edir və qarşılaşdıqları hər hadisəyə, hər varlığa Allah`dan gələn bir nemət kimi baxırlar. Buna görə də eyni gözəlliklər onlar üçün digər insalarda olduğundan daha böyük məna daşıyır.
Gözəlliklərdən böyük zövq almalarının səbəbi möminlərin digər insanların görmədiyi incəlikləri görə bilmələridir. Çünki hadisələr haqqında dərin düşünməyən insanlar adətən hadisələri səthi qavraya bilirlər. Buna görə bunlardan duyduqları həzz hissi də məhdud olur. İman gətirənlər isə qarşılarına çıxan hər şeyi “iman və hikmət gözü” ilə dəyərləndirirlər. Ona görə də zövq alacaqları və həyəcanlarına səbəb olacaq daha çox gözəllik görməyi bacarırlar.
Möminlərin gözəlliklərdən daha çox təsirlənmələrinə bir digər səbəb də budur: Allah`a qarşı təkəbbür göstərən insan Onun yaratdığı gözəllikləri görə bilməz. Çünki Allah`ın gücünü təqdir etdiyi an öz acizliyini də qəbul edəcəkdir. Bunu qəbul etmədiyi üçün gözəllikləri dərk etsələr də bunlardan təsirlənməmək üçün mütləq bir izah axtarmağa və həyəcanını içində boğmağa çalışır. Möminlər isə təkəbbürdən tamamilə uzaqdırlar. Eyni zamanda Allah`a möhtac olduqlarını bilir və buna görə də gözəllikləri təqdir etməkdən və Allah’ın möhtəşəm yaratma sənətinə şahidlik etməkdən çəkinmirlər.
Dünya həyatında, cənnətdə qarşılaşmağı ümid etdikləri bu nemətləri düşünmək möminlərə böyük zövq və həyəcan verir. Tezliklə bu nemətlərə qovuşmaq həyəcanı ilə daha da şövqlənir və Allah`ın cənnətdə layiq qullarından ola bilmək üçün daha böyük səylə çalışırlar. Quranda əmr edildiyi kimi “...genişliyi göylər və yer qədər olan Cənnətə qovuşmaq üçün...” (Ali-İmran surəsi, 133) xeyir əməllərdə yarışır və öndə olanlardan olmaq üçün var gücləri ilə çalışırlar.