Back to top

Bu sayt Harun Yəhya əsərləri əsasında hazırlanıb


  • Gizli pislikləri məsumluğun arxasinda gizlənərək yaşayanlar

İnsanların pis əməllərini gizlətmək üçün məsumluğun arxasında gizlənmələri şeytanın hiyləgər üsullarından biridir. Şeytan təsir altına aldığı insanlara etdikləri pis əməlləri necə gizlədəcəklərini də öyrədir. Şeytanın vəsvəsəsi ilə hərəkət edən, səmimiyyətdən uzaq insanlar eynilə onun kimi özlərini məsum göstərmək üçün xüsusi üsullara əl atır və qarşılarındakı insanların təsirlənəcəyini düşündükləri davranış və söhbətlər edirlər.

Bu üsullardan bəzilərinə nəzər yetirək:

  • Allah’ın Adından İstifadə edərək Özlərini Günahsız Göstərməyə Çalışmaları

Bəzi insanlar ətrafdakılara özlərini xoşniyyətli və günahsız göstərmək üçün səmimiyyətsiz şəkildə mənəvi dəyərlərdən istifadə edirlər. Quran əxlaqından tamamilə uzaq həyat yaşayan insanlar da hətta lazım gəldikdə Allah`ın adını çəkir; dindar olmağın, Allah`dan qorxmağın, vicdana uymağın əhəmiyyətindən bəhs edirlər. Ancaq Allah`ın adını zikr edərkən Allah`ın böyüklüyünü, etdikləri səmimiyyətsiz davranışlarını bildiyini və bu səbəbdən onları cəzalandıracağını düşünmürlər.

Quranda Rəbbimizin “...hiyləgər (şeytan) da sizi Allah’ın (əzabından) arxayınlaşdırıb tovlamasın. (Loğman surəsi, 33) ayəsi ilə bildirdiyi bu səmimiyyətsiz davranışın cəmiyyətdə bir çox nümunəsinə rast gəlirik. Bunlar arasında ən çox rast gəldiklərimizdən biri bu tip insanların hər çətin vəziyyətə düşdükdə “Allah`ın adına yalandan and içmələri”dir. Bu yolla günahsız olduqlarına dair heç bir inandırıcı dəlil olmasa və hətta günahkar olduqları açıq-aşkar bilinsə belə qarşı tərəfi asanlıqla inandıracaqlarını zənn edirlər. Çünki Allah’ın adını çəkərək, and içməklə insanların vicdanlarında dərin təsir buraxacaqlarını düşünürlər. Xüsusilə də inanclı insanların arasında bu üsulun daha çox təsirli olacağına inanırlar.

Bu insanların özlərinə məsum görünüşü vermək üçün istifadə etdikləri tək üsul Allah`ın adından istifadə edərək and içmək deyildir. Özlərini günahsız göstərmək üçün mümkün olan bütün imani mövzulardan bu yolda istifadə etməyə çalışırlar. Məsələn, göstərdikləri davranış pozuqluqlarını məqbul göstərmək üçün uzun-uzadı imani məzmunlu söhbətlər edir, gözəl əxlaqa nə qədər dəyər verdiklərini, pis əməllərdən necə uzaq olduqlarını, bu barədə nə qədər diqqətli davrandıqlarından danışırlar. Səhv bir hərəkətin axirətdəki qarşılığından qorxduqları üçün bu cür davranışlardan daima qaçdıqlarını dilə gətirirlər. Ancaq mənfəətlərinə zərər gətirəcək hər hansı bir vəziyyətlə qarşılaşdıqlarında bu dediklərindən tamamilə fərqli davranmaları nə qədər səmimiyyətsiz olduqlarını meydana çıxarır.


  • Günahsız Olduqlarını Sübut Etmək Üçün Bir Çox Yalan Danışırlar

Şeytanın təsiri ilə hərəkət edən bu insanların özlərini məsum göstərmək üçün istifadə etdikləri üsullardan biri də yalan danışmalarıdır. Ancaq yalan danışmaq deyəndə çox açıq və aydın olan bir mövzunun tam əksini deyərək gizlədilməsi nəzərdə tutulmamalıdır. Şeytan pisliyin səssiz dilini öyrətdiyi insanlara yalanı da sübutu çox çətin olacaq bir şəkildə, hiyləgərcə deməyin yollarını göstərir. Əgər sübut edilə bilmirsə ortada həqiqətən yalan olmadığına inanmalarına səbəb olur və bu yolla yalanın adı qoyulmamış, gizli şəkildə insanlar arasında yayılmasını istəyir.

Dolayısilə bəhs etdiyimiz insanlar əslində olduqca çox yalan danışdıqları halda, özlərinin rəftar pozuntularını məqbul görürlər. Şeytanın bu üslubu ilə dedikləri yalanlara isə fərqli adlar qoyaraq ört-basdır etməyə çalışırlar. Məsələn, “ağzımdan elə çıxdı”, “səhv ifadə etdim”, “səhv xatırlamışam”, “o hissəsini deməyi yaddan çıxartmışam”, “başqa bir mövzu ilə qarışdırmışam” kimi sözlərlə dilə gətirdikləri yalanları xoşniyyətli və zərərsiz bir hərəkət kimi göstərməyə çalışır, özlərini də bu yalanlara inandırırlar. Dediklərinin “yalan” olduğu dinləyənlər tərəfindən başa düşülsə də, onların bunları dilə gətirməkdəki məqsədlərinin yalan demək olmadığını iddia edirlər. Bunları deyərkən qəlblərindəki “niyyət”in əsas olduğunu və özlərinin də bu niyyətlərindən əmin olduqlarını iddia edirlər. Halbuki, bu da bir başqa yalandır və Allah’ı şahid göstərdikləri halda, Allah yalan danışdıqlarını bilir.

Şeytan açıq-aşkar yalan danışmağa təşviq edə bilmədiyi insanları belə hiyləgər üsullarla yoldan çıxarır. Bəzən bir mövzunu olduğundan fərqli, əskik və ya şişirdilmiş şəkildə danışdırır, bəzən də deyilən sözü daha sonra dəyişdirərək sözlərin mənasını dəyişməyə təşviq edir. Quranın “Vay halına iftiraçının və günahkarın!” (Casiyə surəsi, 7) ayəsində bu insanların ”həqiqəti  alt-üst edərək” yalan danışdıqlarını bildirmişdir.

Halbuki, bu yalanı insanlara deyil, Allah’a qarşı danışdıqlarını dərk etmirlər. Quranda “...Onlar bilə-bilə Allah’a qarşı yalan danışırlar. “ (Ali İmran surəsi, 78) ayəsində bu həqiqət bildirilir. “İtaət etmə hər tez-tez and içənə, alçağa” (Qaləm surəsi, 10) ayəsi ilə belə insanlara etibar edilməməli olduğunu bildirmişdir.

  • Etdikləri Pisliklərin Məsuliyyətini Başqalarının Üstünə Atmağa Çalışırlar

Bəzi insanlar bəzən sırf özlərini xilas edə bilmək üçün səmimiyyətsiz davranışlarının məsuliyyətini başqasının üstünə atırlar. Şeytanın bu yolla aldatdığı insanlar özlərini günahsız göstərə bilmək üçün ətraflarındakı insanların xoşniyyətli sözlərini ya da davranışlarını fərqli təhrif edir və bunları bəhanə göstərərək pis rəftarlarını düzgün göstərməyə çalışırlar. Öz pis davranışlarının məsuliyyətini yükləmək istədikləri bu insanların səmimi, dürüst, etibarlı və gözəl əxlaqlı olmalarına xüsusi diqqət yetirirlər. Bu yolla niyyətlərinin yaxşı olduğunu, ancaq bu insanların sözlərinə aldandıqlarını və əgər ortada bir səhv hərəkət varsa, bunun məsuliyyətinin bu insanlara aid olduğunu deyirlər. Müdafiə etdikləri bu yanlış məntiqə görə onların heç bir günahı yoxdur, onlar yalnız “dürüst, səmimi və etibarlı” hesab etdikləri bu insanların sözünə uymuş, bu səbəbdən də ortada hər hansı bir səhv hərəkət varsa, bunun tək günahkarı bu insanlardır. Şübhəsiz, bu insanların şeytanın təsiri ilə belə hiyləgər üsullardan istifadə edərək pisliklərin içinə sürükləndikləri açıqdır.

  • Bir Çox İnsanın Eyni Səhvi Etdiyini Deyərək Davranışlarını Məqbul Göstərməyə Çalışırlar

Bu əslində şeytanın ən çox istifadə etdiyi üsullardandır. İnsanları pis əməllərə sövq edərkən, ətrafındakı pis insanlardan nümunələr göstərərək onları cəsarətləndirir. Bu insanların da eyni davranışı etdiyini bəhanə edərək onun səhv olmadığına inandırmağa çalışır. “Bunu edən təkcə mən deyiləm ki, bu insanlar da eyni hərəkəti edirlər”, ya da “bunu hər kəs edir” kimi sözlərlə onlara qarşı edilən tənqidlərdən xilas olacaqlarını düşünürlər.

Halbuki, Quran əxlaqına görə bu düşüncə yanlışdır. Başqalarının da eyni günahları etməsi insanı bu məsuliyyətdən uzaqlaşdırmaz. Çünki Allah Quranın “Əgər sən yer üzündə olanların əksəriyyətinə itaət etsən, onlar səni Allah yolundan azdırarlar. Onlar ancaq zənnə qapılır və ancaq yalan uydururlar.” (Ənam surəsi, 116) ayəsində insanları çoxluğa uymamaqları barəsində xəbərdar etmişdir. Bir çox insan eyni vaxta eyni səhvi edə bilər; ancaq ayrılıqda hər bir insan vicdanının səsinə uymaqla və Quran əxlaqını yaşamaqla məsuldur. Hər insan axirətdə Allah`a tək başına cavab verəcəkdir. Eyni səhvi bir insan cahilliyindən, digəri səhvən, bir digəri isə bilərək qəsdən edə bilər. Heç bir insan başqalarının əsl niyyətindən xəbərdar ola bilməz. Ancaq Allah bütün insanların əsl niyyətlərini, “sinələrin özündə” gizlətdiklərini bilir və onları bundan hesaba çəkəcəkdir.

  • Uşaq Kimi Davranaraq Özlərini Məsum Göstərməyə Çalışırlar

Bəzi insanlar yetişkin olmalarına baxmayaraq, çətin anlarında keçmişdəki təcrübələrindən istifadə edərək uşaq kimi davranmağa başlayırlar. Ancaq bunları hələ də uşaqlığın təsiri altında qaldıqları üçün deyil, uşaqların hər hərəkətinin məqbul qarşılandığı üçün edirlər. Çünki uşaqların səhvlərinə qarşı adətən “uşaq ağılıdı”, “uşaqdır” kimi yanaşılır.

İnsanlar şeytanın onlara öyrətdiyi ən vacib səmimiyyətsizliklərdən biri olan qəsdən uşaq kimi davranmaqdan bəzən təkcə bir səhvləri olan zaman onu gizlətmək üçün istifadə edirlər. Şəxsiyyətli və ağıllı insanın səs tonunun əvəzinə acizliklərini və məsumluqlarını ifadə edəcəyini düşündükləri uşaq səsi ilə danışırlar. Bəzən də danışmama təqlidi edir; deyəcəkləri sözü tapa bilmir, nə demək istədiklərini ifadə edə bilmir, hətta cümlə qura bilmirmiş kimi davranırlar. Çox həyəcanlanmış, başını itirmiş və mövzunu yığıb-yığışdıra bilmirmiş kimi davranaraq qarşı tərəfi məsum olduqlarına inandırmağa çalışır və özlərini yazıq kimi aparırlar. Digər tərəfdən də bu davranışla vaxt qazanaraq özlərini necə günahsız göstərə biləcəkləri barədə yeni üsullar axtarırlar.



Eyni zamanda baxışlarında da heç bir problem yoxdur. Ancaq bunda da səmimiyyətsiz bir üsula əl atırlar, xətalarını və saxtakarlıqlarını gizlətmək üçün bacardıqları qədər saf baxışlarla baxırlar. Beləliklə, özləri haqqında “o saf niyyətlidir, pislik edə bilməz; istəsə də edə bilməz, bacarmaz” düşüncəsi yaradacaq, şəfqətə ehtiyacı olan, zərərsiz və günahsız bir insan kimi görünməyə çalışacaq. Kəskin, diqqətli və ağıllı baxışlarla sahib insanlar olduqları halda, qəsdən bu baxışlarını saxlayaraq ətraflarındakıları aldatmağa çalışırlar.

Möminin təmiz və məsum görünüşünün isə bu səmimiyyətsiz insanların vəziyyəti ilə heç bir bənzərliyi yoxdur. İmanlı bir insanın səmimiyyəti hər vəziyyətdə açıq-aşkar bilinir.

Bir insanın şüuru açıq və ağlı başında olarkən Allah`ın ayələrini açıq şəkildə qavraya bildiyi halda, qəsdən uşaq kimi davranması, əlbəttə, olduqca səmimiyyətsiz bir hərəkətdir. Belə bir vəziyyətdə ağıllı və imanlı insan insanların gözündə günahsız görünmək üçün səmimiyyətsiz davranmamalı, Allah`ın rizasını qazanmağa çalışmalıdır. Bunun üçün səmimi olmalı və səhv hərəkət etsə belə bunu gizlətmək yerinə Allah`ın rəhmətinə sığınıb tövbə etməlidir.